Bu ölkə koronavirusdan ölənlərin sayı artır

Bu ölkə koronavirusdan ölənlərin sayı artır

Son 24 saat ərzində Braziliyada koronavirusdan 1 220 nəfər həyatını itirib.

Cebhe. info xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, 1 220 nəfərin itkisi ilə ölkədə virusdan ölənlərin sayı 69 min 184 nəfərə yüksəlib, yoluxma sayı isə 42 619 nəfər artaraq 1 milyon 755 779 nəfərə çatıb.

Təxminən 46 milyon əhalisi olan və ölkənin ticarət mərkəzi sayılan Sao Paulo koronavirus epidemiyasının ən çox yayıldığı bölgədir. Burada yoluxma sayı 349 715-ə, ölüm halı isə 17 118 nəfərə çatıb.

Sağalan pasiyentlərin sayı isə 1 milyon 54 min 43 nəfər olub.

Qeyd edək ki, əhalisi 211 milyondan çox olan Braziliya Latın Amerikasında epidemiyanın mərkəzi olaraq xarakterizə edilir. Braziliya COVID-19-la əlaqəli ölüm sayına görə İngiltərəni geridə qoyub.

Mənbə: cebhe.info