Azərbaycana Asiya çəyirtkələrinin köçü müşahidə olunur - VİDEO

Azərbaycana Asiya çəyirtkələrinin köçü müşahidə olunur -  VİDEO

İyun ayının sonlarında respublika ərazisində güclü şimal-şərq küləklərindən sonra ölkə xaricindən, şimal istiqamətindən Şabran rayonunun lokal ərazilərində Asiya cəyirtkələrinin miqrasiyası müşahidə olunub.Çəyirtkələr ən çox Şabranın xəzər sahilində yerləşən 5 kəndə məxsus təsərrüfat sahələrinə yayılıb. Mühafizə tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə birgə həmin ərazilərdə operativ mübarizə tədbirlərinə başlayıb.Çəyirtkələrin kənd təsərrüfatı məhsullarına verəbiləcəyi zərərin qarşısı alınıb.

Bu məqsədlə yaradılan xüsusi monitorinq qrupu çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazi müəyyənləşdirib. Aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində çəyirtkələrin kütləvi hissəsi məhv edilib.

Çəyirtkələrin Miqrasiyasına səbəb Dağıstan ərazisində güclü küləyin baş verməsi ehtimal olunduğundan mühafizə tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə məktub ünvanlanıb.Hazırda ərazilərdə fitosanitar müşahidələr aparılır, aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir. Qeyd edək ki,belə hal bir neçə il öncə də müşahidə olunub. Onu da bilidirək ki, bu həşəratlar gün ərzində sürü ilə 30 kilometrdən çox məsafəni qət edə bilir. 15-20 km/saat sürətlə hərəkət edərək, gündə 20 saat uçuş etmə qabiliyyətinə malikdirlər.

Mənbə: metbuat.az