Polşada qatar stansiyada II Dünya Müharibəsinə aid məktub tapıldı

Polşada qatar stansiyada II Dünya Müharibəsinə aid məktub tapıldı

Polşada keçmiş bir qatar stansiyasında bir şüşənin içində kölə işçilər tərəfindən yazılmış bir məktub tapılıb.

Primetime.az xəbər verir ki, hadisə Nova Skalmierzice qəsəbəsində baş verib. Belə ki, stansiyada yeniləmə işləri əsnasında 39 yaşlı Jan Karalevski və 41 yaşlı Vladslav Sobanski adlı işçilər tərəfindən şüşə içində qoyulmuş məktub tapılıb. 1941 tarixli məktubda "bu məktubu xatırladıcı qeyd olaraq yazırıq. Bu kağız parçasını kim tapsa, Hitlerin insanlığıa qarşı savaşını xatırlayacaq, eynən Germanların insanları qovduğu zaman olduğu kimi" - deyə qeyd olunub.

Polşanın Nova Skalmierzice meri Cerzi Lukas Valzak məktubun fotosunu sosial mediada paylaşaraq "şüşədəki hərflər sadəcə dənizlərdə üzməz və sadəcə filmlərdə ya da kitab səhifələrində görünməz. Həyat bəzən inanılmaz hekayələr də yazır" şərhini yazıb.

Məlumat üçün bildirək ki, Germanlar Alman cəngavərlərinə bir istinad idi və İkinci Dünya Müharibəsi illərində Alman əsgərlərini xarakterize etmək üçün jarqon olaraq istifadə edilib.

Mənbə: primetime.az