16 yaşlı futbolçunu məşq zamanı ildırım vurdu - Video

16 yaşlı futbolçunu məşq zamanı ildırım vurdu - Video

Rusiyada məşq edən 16 yaşlı qapıçını ildırım vurub. Nəticədə o, ağır yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Moskvanın şərqində yerləşən Orekhovo-Zuevo məntəqəsində baş verib.

16 yaşlı qapıçı İvan Zaborovskovi meydançada tək məşq edən zaman üzərinə ildırım düşüb. Təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdən aydın olur ki, futbolçu topa toxunduğu sırada hadisə yaşanıb.

Dərhal xəstəxanaya çatdırılan futbolçu komadan çıxıb, hazırda durumu normaldır.

Mənbə: teleqraf.com