Keşiş zorlandığını etiraf edən qadını zorladı - FOTO

Keşiş zorlandığını etiraf edən qadını zorladı - FOTO

 

ABŞ-ın Minnesota ştatındakı Sankt Klaud şəhərində keşiş zorlandığından şikayət edən qadını zorladığına görə həbs olunub.

BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə yerli "KMSP-TV" telekanalının saytında yazılıb.

Mövqeyindən sui-istifadə edərək qadınla cinsi əlaqədə olan keşiş 41 ay müddətinə azadlıqdan məhrum edilib.

Təcavüzə uğrayan qadın kilsə xadimindən 2017-ci ildə şikayət etsə də, istintaq bir neçə il davam edib.

şikayətçinin sözlərinə əsasən, keşiş onun əvvəlki münasibətlərdə cinsi təcavüzə məruz qaldıqdan sonra yaranan həssaslığından istifadə edib.

Qadın ilk dəfə keşişin yanına 2013-cü ildə gəlib. O vaxtdan bəri "din xadimi" dəfələrlə onu cinsi əlaqəyə məcbur edib.

Daha öncə yayılan məlumata görə, Rumıniyanın 27 yaşlı kişi modeli Florin Marin ilə eşq yaşayan 81 yaşlı britaniyalı keşiş Filip Klements, xain sevgilisinə zəngin miras qoyaraq, karantin zamanı ölüb.





Marin onun üçün cəmi iki gün ağladığını və yasını çox saxlamaq niyyətində olmadığını etiraf edib.



Natəvan Baxşiyeva

 

Mənbə: big.az