Qubernator məhkəməyə gətirildi

Qubernator məhkəməyə gətirildi

Xəbər verdiyimiz kimi, Xabarovsk diyarının qubernatoru Sergey Furqal iki qətlin təşkilatçılığında günahlandırılaraq istintaqa cəlb edilib.

Bu gün o, polislərin nəzarəti altında İstintaq Komitəsindən Moskvadakı Basman məhkəməsinə gətirilib.

Cebhe.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, İstintaq Komitəsi məhkəmədən Furqalın iki aylıq həbsini istəyib.

Qeyd edək ki, Furqal rəqibi olan iki biznesmenin qətlinin təşkilində günahkar bilinib.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info