Tehranın qərbində partlayışların baş verməsi təkzib edilib

Tehranın qərbində partlayışların baş verməsi təkzib edilib

İran paytaxtı Tehranın qərbində 3 rayonda partlayışların baş verməsi təkzib edilib...

İran paytaxtı Tehranın qərbində 3 rayonda partlayışların baş verməsi təkzib edilib.

 

İnterAz xəbər verir ki ötən gecədən İranın paytaxtı Tehranın qərbində yerləşən Qüds, Gərmdəre və Şəhriyar adlı rayonlarda 3 partlayışın baş verməsi barədə xəbərlər yayılmağa başlayıb. Sosial şəbəkələr vasitəsilə yayılan bu xəbərlər tədricən KİV-lərə də sirayət edib.

 

Tehranın Qüds rayonunun qubernatoru Leyla Vasiqi yerli KİV-lərə veridyi açıqlamada bu xəbərlərin sırf şayiə olduğu və rayonların heç birində partlayışın baş vermədiyini bildirib.

 

Qüds və Şəhriyar rayonlarını ölkə parlamentində təmsil edən deputat Hüseyn Haqverdi də bu xəbərlərin yalan olduğunu bildirib.

 

Qeyd edək ki, son həftələrdə İranda bir sıra yanğın və partlayışlar o cümlədən Şiraz qoruğunda yanğın, Əhvazda elektrik stansiyasında partlayış, Tehranda Sina-Əthər xəstəxanasında partlayış və əsasən də Nətənzdə nüvə obyektindəki insident ölkə ictimaiyyəti üçün ciddi suallar doğurmağa başlayıb. Bu hadisələr fonunda digər bölgələrdə yanğın və partlayışlarla bağlı şayiələr dolaşmaqdadır.

Mənbə: www.interaztv.com