Çinə göndərilən krevetlərdə virus aşkar edildi

Çinə göndərilən krevetlərdə virus aşkar edildi

Çin gömrükçüləri Ekvadordan gətirilən dondurulmuş krevetlər paketində koronavirus aşkarlayıblar. Azvision.az xəbər verir ki, bu barədə Çinin əsas gömrük idarəsinin idxal məhsullarının təhlükəsizlik şöbəsinin müdiri Bi Kesin bildirib.

Mütəxəssislər hesab edirlər ki, Ekvador şirkətləri sanitar təhlükəsizliyə tam əməl etmir. Bu səbəbdən Çin bu ölkənin 3 şirkətinin lisenziyasını müvəqqəti ləğv etmək və məhsullarının idxalına qadağa qoymaq qərarına gəlib.
 

Mənbə: azvision.az