2 deputat həbs oldundu - Jirinovskidən kəskin etiraz

2 deputat həbs oldundu - Jirinovskidən kəskin etiraz

 

Xabarovsk diyarının Qanunverici Dumasının Rusiya Liberal Demokrat Partiyasından olan iki deputatı – Sergey Kuznetsov və Dmitri Kozlov dələduzluqda şübhəli bilinərək tutulublar.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. “Deputatlar barəsində Rusiya Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi üzrə Xabarovsk Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Qeyd edilib ki, bu iş çərçivəsində başqa bir kommersiya qurumunun nümayəndəsi nəzarət altına alınıb. Digər iş adamı barəsində isə ölçü götürülməsi məsələsinə baxılır.

Əlavə edək ki, iyuıun 9-da Xabarovsk diyarının RLDP-dən olan qubernatoru Sergey Furqal həbs edilib. Bundan sonra 5 partiya üzvü ilə bağlı axtarışlar aparılıb. Qubernatorun həbsi RLDP-nin lideri Vladimir Jirinovskinin kəskin etirazı ilə qarşılanıb.

Mənbə: teleqraf.com