Ukraynada son sutka ərzində 18 nəfər koronavirusdan ölüb

Ukraynada son sutka ərzində 18 nəfər koronavirusdan ölüb

Ukraynada ötən gün gərzində COVID-19 virusundan sağalanların sayı pandemiya başlanandan bəri ən yüksək göstəricisinə çatıb. Belə ki, 1016 nəfər virusdan sağalıb.

Təəsüf ki, yeni yoluxanların sayı da hələ ki yüksəkdi, 819 yeni yoluxma faktı qeydə alınıb. Son sutka ərzində virusdan ölənlərin sayı 18 nəfərdir.

COVID-19 virusu ilə bağlı Ukraynada ümumi rəsmi göstəriciləri nəzərinizə çatdırırıq.

Virusa yoluxanların ümumi sayı 52043 nəfərdir, onlardan 1345-i ölümlə nəticələnib, 24 800-i sə sağalıb.

Xatırladaq ki, bu göstəricilərə Krım muxtar respublikasının və Donetsk Luqansk vilayətlərinin işğal altında olan ərazilirəndən olan rəqəmlər, məlum səbəblərə görə daxil deyil. Ən çox yoluxmalar isə Kiyev və Lvov vilayətlərində qeydə alınıb. Kiyev şəhəri Kiyev vilayəti ilə birgə 8930 yoluxma faktı, Lvov vilayətində isə 6763 yoluxma qeydə alınıb. Cəmi 90 yoluxma faktı ilə ən az yoluxma isə Luqansk vilayətindədir. Lakin, bir daha qeyd edək ki, Luqansk vilayətinin bir hissəsi işğal altında olduğundan, bu vilayətdən dolğun məlumat vermək qeyri-mümkündür.

 

Mənbə: www.realtv.az