Hər gün 12 min insan öləcək - Oksfam

Hər gün 12 min insan öləcək - Oksfam

Koronavirus pandemiyası ucbatından dünyada qeyri-bərabərlik güclənib.

Axar.az xəbər verir ki, bu məlumatı “Oksfam” (Oxfam) yoxsulluqla mübarizə təşkilatı yayıb.

“Bizim qeyri-bərabər dünyamızda hər il milyonlarla insan aclıqdan ölür. Koronavirus artan qida böhranı ocağının üzərinə yağ tökdü. Əgər biz indi hərəkətə keçməsək, o zaman ilin sonuna qədər aclıqdan hər gün 12 min insan ölə bilər”, – deyə təşkilatın məlumatında bildirilib.

Təşkilat 2019-cu ildə dünyada qida çatışmazlığı ilə 821 milyon nəfərin üz-üzə qaldığını açıqlayıb.

“Oksfam” koronavirusa görə qida böhranının daha çox Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Venesuela, Efiopiya, Sudan, Cənubi Sudan, Suriya və Haitidə gücləndiyini qeyd edib.

Mənbə: axar.az