Şahzadə Çarlzın Bristol şəhərinə səfəri zamanı həyəcanlı anlar yaşanıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şahzadə burada distrbyutor mərkəzlərindən birinin işçiləri ilə görüşüb. Söhbət zamanı işçi huşunu itirərək yerə yıxılıb.
Digər işçilər onun köməyinə qaçarkən, şahzadə də nə olduğunu bilmədən onun yaxşı olub olmadığını yoxlayıb.
Sözügedən anlar kameraya düşüb.
Camal
Mənbə: qaynarinfo.az