Qətllərdə təqsirləndirilən rusiyalı qubernator həbs olundu

Qətllərdə təqsirləndirilən rusiyalı qubernator həbs olundu

Basmannı məhkəməsi Xabarovsk qubernatoru Sergey Furqalı sahibkarların qətlini təşkil etmək ittihamı ilə həbs etmək barədə qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

Mənbə bildirir ki, hakim Artur Karpov müstəntiqin vəzifəli şəxsin iki ay, yəni 2020-ci il sentyabrın 9-a qədər tutulması barədə tələbini təmin etmək qərarına gəlib.

Görüş zamanı Furqal günahını rədd edib.

Məmur iyulun 9-da saxlanılıb. O, təkcə 2004-2005-ci illərdə bir sıra sahibkarların qətllərini təşkil etməkdə şübhəli bilinmir, eyni zamanda Xabarovsk, Primorsk ərazilərində və Amur bölgəsində qeydə alınan ağır cinayətlərdə adı hallanır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az