Qətllərdə şübhəli bilinən qubernator həbs edilib

Qətllərdə şübhəli bilinən qubernator həbs edilib

Moskva məhkəməsi Rusiyanın Xabarovsk vilayətinin qubernatoru Sergey Furqal barədə 2 ay müddətinə həbs qərarı çıxarıb. Azvision.az xəbər verir ki, qubernator qətillərin və sui-qəsdlərin təşkilində və iştirakda təqsirli bilinir.

Bu maddələrə verilən maksimal cəza ömürlük həbsdir.

Məhkəmə iclası qapalı keçirilib, Fruqal özünü günahkar hesab etmədiyini deyib.

Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az