Bakıda polis əməkdaşından təqdirəlayiq hərəkət - VİDEO

Bakıda polis əməkdaşından təqdirəlayiq hərəkət - VİDEO

Bakıda polis əməkdaşı əlil vətəndaşa poçt şöbəsinə getməyə və sənədləri göndərməyə kömək etdi.

Day.Az bildirir ki, vətəndaşa kömək edən polis Səbail Rayon Polis İdarəsinin (RUP) post-patrul xidmətinin əməkdaşı, polis serjantı Əliyev Orxan Çingiz oğludur.

Kadrlardan göründüyü kimi, əvvəlcə polis əməkdaşı vətəndaşa yolu keçməyə kömək edir. Sonra poçt şöbəsinin əməkdaşı vətəndaşdan göndərilməli olan sənədləri götürür.

 

Mənbə: news.day.az