Koronavirusa görə qəzet işçilərinə pul yardımı edilib- AÇIQLAMA

Koronavirusa görə qəzet işçilərinə pul yardımı edilib- AÇIQLAMA

Gözlənilmədən dünyanı cənginə alan koronavirus infeksiyası bir çox ölkələrin iqtisadiyyatını ciddi şoka saldı, hadisələrin təbii gedişatını pozdu, yüz minlərlə insanın həyatına son qoydu. Azərbaycan dünya ictimaiyyətində COVID-19-u ən az insan itkisi ilə keçə bilən azsaylı ölkələrdən biridir.

COVID-19-un Azərbaycan jurnalistlərinin işinə də təsir edib. Bildirək ki, son günlərdə həm televiziya işçilərinin, həm də qəzet, onlayn mətbuatda fəaliyyət göstərən jurnalistlərin koronavirusa yoluxması xəbərləri gündəmdən düşmür.
"ARB24" televiziyasının baş redaktor müavini Aynur Nəsirova koronavirusa yoluxub. Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir, qurumun digər əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev isə sözügedən virusdan dünyasını dəyişib.

Ümumilikdə son statistikada iyunun sonuna olan məlumata görə, Azərbaycanda 18 jurnalist COVID-19-a yoluxub.

Buunla bağlı milət vəkili Fazil Mustafa Sonxeber.az-a danışıb:

"Bir şeyi qeyd edim ki, bu saat ən ağır vəziyyətdə olan televiziya məkanında olan işçilərdir. Daha çox onların üzərinə ağırlıq düşür. Jurnalistlər üçün evdən işləmək şərtləri daha uyğundur, amma ekranın qarşısına çıxmaq özü böyük işdir. Bütün peşə sahibləri kimi jurnalistlərin də əziyyət çəkdiyini, virusa yoluxduğunu görürük. Hətta içərisində dünyasını dəyişənlər var. Jurnalistlər fədəkar peşə sahibləridir. Peşəkar bir jurnalistin həyatını itirməsi və ya xəstələnməsi xəbər məkanında keyfiyyəti aşağı salır.
Özəl sektorla bağlı mülahizə söyləmək çətindir. Özəl sektorun və sahibkarın işi ağırdır. Dövlət sektorunda çalışan, dövlət büdcəsindən maliyyələşən jurnalistlərə- qəzet işçilərinə pul yardımı edilir. Jurnalistlərin sosial vəziyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yəni jurnalistlərə pul vəsaiti ödənilib və bu istiqamətdə də iş davam edir. Bununla yanaşı qeyd edim ki, digər jurnalistlərin də peşə qayğısına qalmaq vacibdir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az