Göyçayda 23 yaşlı oğlanı maşın vurdu: vəziyyəti ağırdır

Göyçayda 23 yaşlı oğlanı maşın vurdu: vəziyyəti ağırdır

Göyçayda avtomobil 23 yaşlı oğlanı vurub.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Cəyirli-Bərgüşad-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. Ləkçıplaq kənd sakini Şaməddin İsayev idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolu keçən piyadanı, Yeniarx kənd sakini, 1997-ci il təvəllüdlü İbrahim Məmmədovu vurub. Hadisə zamanı ağır xəsarət alan İbrahim Məmmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: axar.az