Qazaxıstanda tanınmış azərbaycanlı iş adamı dünyasını dəyişdi - FOTO

Qazaxıstanda tanınmış azərbaycanlı iş adamı dünyasını dəyişdi - FOTO

Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərində yaşayan həmyerlimiz Bəyoğlan Güloğlan oğlu Fərzəliyev dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, tanınmış azərbaycanlı ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Bəyoğlan Fərzəliyev ən yaxşı aşpazlardan biri sayılıb. Deyilənə görə, onun hazırladığı Azərbaycan xörəklərinə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev özü belə dəfələrlə qonaq olub.

Mərhum uzun illər yaşadığı şəhərdə dəfn edilib.

Mənbə: konkret.az