ABŞ-da güclü tornado

ABŞ-da güclü tornado

ABŞ-ın şimalına güclü tornado gəlib. Təbii fəlakət ­Minnesota ştatında olub. Bir neçə fermaya ciddi ziyan dəyib. Tornado fermaya məxsus texnikanı yararsız hala salıb. Yaşayış evlərinə ciddi ziyan dəyib. Tornado nəticəsində bir nəfər həlak olub, iki nəfər ağır xəsarət alıb.
Hazırda ABŞ-ın mərkəzi rayonlarında və şimal-şərqində əlverişsiz hava şəraiti hökm sürür. Minnesota ştatında isə vəziyyət daha ciddidir.
Sinoptiklərin məlumatına görə, ştatda əlverişsiz hava şəraiti hələ bir neçə gün davam edəcək.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com