Binəqədidə velosipedçini avtomobil vurdu

Binəqədidə velosipedçini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Velosipedlə hərəkət edən 1995-ci il təvəllüdlü Bədəlov Sərxan Məhəmməd oğlunu minik avtomobili vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: moderator.az