Bakıda 45 yaşlı kişini avtomobil vurdu

Bakıda 45 yaşlı kişini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Axin.az”in məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, yolu keçən 1975-ci il təvəllüdlü Əlinağıyev Vüqar Aslan oğlunu avtomobil vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sirkə kasasının sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: axin.az