8 yaşlı qızı meşədə zorladı, sonra öldürdü-DƏHŞƏT

8 yaşlı qızı meşədə zorladı, sonra öldürdü-DƏHŞƏT

Qan donduran hadisə Rusiyanın Saxalin adasında baş verib.

Sonxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ailəsi ilə mübahisə etdikdən sonra evdən qaçan 8 yaşlı Vika Teplyakova adlı qız yaşadığı bölgədə dostları ilə əlaqə qurmağa çalışıb.

Tək gəzdiyi meşəlik ərazidə onu İqor Dvornikov və həyat yoldaşı Kristina Dvornikov adlı cütlük nəqliyyat vasitələrinə aparıblar. Uşağa nəqliyyat vasitəsində İqor Dvornikov tərəfindən təcavüz edildiyi bildirilib.

Hadisə ilə əlaqədar nəzarətə alınan İqor Dvornikov polisə verdiyi ilk ifadədə Teplyakovanı öldürmədiyini söyləyib. Rusiya polisi daha sonra İqorun ifadəsini dəyişdirdiyini, Teplyakova təcavüz etdiyini və öldürdüyünü etiraf etdiyini açıqlayıb.

İqorun həyat yoldaşı Kristinanın polisə kiçik qızın meytinin torbaya büküldüyünü və harada olduğunu deyib.

Teplyakovanın itkin düşdüyü Novoaleksandrovsk şəhərində günlərlə 500-ə yaxın könüllü kiçik qızı axtardıqları qeyd olunub.

Uşağın tapılması üçün reklamlar çap edilib, şəhər daxilində sürücülərə və insanlara xəbərdarlıqlar olunub. Teplyakovanın son görüntüsü təhlükəsizlik kamerası tərəfindən sadəcə küçədə tək gəzən anları qeydə alınıb.

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az