Ermənistanda koronavirusdan ölənlərin sayı 560-a çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 560-a çatıb

Tbilisi, 11 iyul, AZƏRTAC

Ermənistanda son sutka ərzində daha 489 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 31 min 392 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət v Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində daha 13 nəfər pandemiyanın qurbanı olub və bununla da koronovirusdan ölənlərin sayı 559 nəfərə çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az