1 nəfəri xilas etmək istəyən 10 nəfər öldü

1 nəfəri xilas etmək istəyən 10 nəfər öldü

Misirin İsgəndəriyyə şəhəri sahillərində dənizdə batan oğlanı xilas etməyə cəhd edən on nəfər suda batıb.

Axar.az xəbər verir ki, bu məlumatı şəhərin mərkəzi turistik administrasiyası yayıb.

Belə ki, dənizdə batan uşaq üçün ilk olaraq bir nəfər suya atılıb. O batmağa başladıqda daha 9 nəfər dənizə tullanıb. Nəticədə 11 nəfərin hamısı boğulub.

Batanlardan yalnız 6-sının cəsədi tapılıb.

Mənbə: axar.az