Rusiyada uzun illər bundan qabaq turistlərin ölümünün səbəbləri bilindi

Rusiyada uzun illər bundan qabaq turistlərin ölümünün səbəbləri bilindi

Rusiyada 1959-cu ildə bir qrup turistin ölümünün səbəbini müəyyənləşdirmək üçün təcrübə keçirilib.

KONKRET.az xəbər verir ki, Rusiya Baş Prokurorluğunun Ural Federal Dairəsi İdarəsinin rəis müavini Andrey Kuryakov jurnalistlərə açıqlama verərək həmin turistlərin ölümünə qar uçqunu və güclü şaxtanın səbəb olduğunun üzə çıxdığını bildirib.

Belə ki, Şimali Ural bölgəsində xizək gəzintisinə çıxan 9 nəfər gənc müəmmalı səbəblərdən ölüb. Hadisədən 60 il sonra ictimaiyyətin marağını, ölənlərin qohumlarının müraciətlərini nəzərə alan Rusiya Baş Prokurorluğu məsələni araşdırmağa başlayıb.

Prokurorluq rəsmisinin dediyinə görə, sıldırımlı ərazidə çadırdan çıxdıqdan bir qədər sonra güclü çovğun üzündən yollarını azan gənclər tonqal qalayıb bir qədər istirahət ediblər. Sonra yollarına davam edən gənclərin bir qismi qar uçqununa düşüb, digərləri isə 40-45 dərəcə şaxta səbəbindən donaraq dünyalarını dəyişiblər:

“Onlar əsl qəhrəman kimi ruhdan düşmədilər, tələşa qapılmadılar. Lakin o cür şəraitdə xilas olmaları qeyri-mümkün idi”.

Mənbə: konkret.az