Türkiyənin şərqində güclü sel təsərrüfata və evlərə ciddi ziyan vurub

Türkiyənin şərqində güclü sel təsərrüfata və evlərə ciddi ziyan vurub

Ankara, 11 iyul, AZƏRTAC

Türkiyənin Van və Ağrı bölgələrində baş verən sel və daşqın ağır fəsadlar yaradıb.

AZƏRTAC xəbər verir ki, Vanın Erciş rayonunun Yünören, Hasanabdal, Doğancı və Şehirpazarı məhələləri sel altında qalıb. Üç evə ciddi ziyan dəyib. Daşqın məhəllə yollarını yuyub.

Ağrıda isə qəfildən başlanan güclü yağış nəticəsində dərələr sel suları ilə daşıb. Aşağı Saklıca kəndində 100 kiçik buynuzlu heyvan tələf olub.

Mənbə: azertag.az