Hindistanın əfsanəvi aktyoru koronaya yoluxdu

Bollivud ulduzu, 77 yaşlı hindistanlı aktyor Amitabx Baççan koronavirusa yoluxub.

Kult.az xəbər verir ki, bu barədə aktyor Tvitter hesabında qeyd edib. O bildirib ki, koronavirus testinin nəticəsi pozitiv olub:

"COVİD-19 testim pozitiv çıxdı. Məni xəstəxanaya yerləşdirdilər. Ailəm və işçiləri M də test verib, nəticəni gözləyirlər".

Aktyor son 10 gündə onunla təmasda olan hər kəsdən koronavirus testindən keçməsini xahiş edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Uşaqlarda yaranan ağız yaralarının səbəbləri

SONRAKI XƏBƏR

Əfqanıstanda avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb