Almaniyada 2 təyyarə toqquşdu: ölənlər var

Almaniyada 2 təyyarə toqquşdu: ölənlər var

Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Dülmen şəhərində 2 kiçik təyyarə toqquşub.

Axar.az xəbər verir ki, hadisə zamanı hər iki pilot ölüb.

Məlumata görə, pilotlardan birinin cəsədi təyyarənin qalıqları altında, digərinin meyiti isə meşədə tapılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Mənbə: axar.az