Koronavirusun yeni növü aşkarlandı — DÜNYA ŞOKDA

Koronavirusun yeni növü aşkarlandı  — DÜNYA ŞOKDA

"Yeni növ koronavorus (COVİD-19) infeksiyasını vaxtında aşkar etdik və onun qarşısını ala bilərdik, ancaq bizə imkan verməyib susdurdular".

“Ölkə.Az” xəbər verir ki, bu fikirləri Uhan şəhərinin Mərkəzi xəstəxanasının həkimi Ay Fen Çinin “Jenu” jurnalına müsahibəsində deyib.

Uhanlı həkim Ay Fen bildirib ki, COVİD-19 koronavirus infeksiyası simptomlu ilk xəstə 2019-cu ilin dekabrın 27-də Uhan şəhər Mərkəzi xəstəxanasına daxil olub. “Xəstə infeksiyanı çox ağrı formada keçirirdi, ancaq onda hansı infeksion xəstəliyin olduğunu müəyyən edə bilmirdik. Xəstəni 10 gün müalicə etsək də, aparılan müalicə nəticə vermirdi. Pasiyentin vəziyyəti getdikcə ağırlaşırdı. Bu müddət ərzində bir neçə belə xəstə xəstəxanaya daxil oldu. Laborator analizlər nəticəsində xəstələrin ağ ciyərlərində kəskin respiratorlu bakteriyalar, SARS koronavirusu və digər bakterioloji çöplər aşkar edildi. Xəstlərin analizlərinin nəticələri barədə xəstəxananın pulmonolgiya şöbəsinin müdirinə təqdim etdik. O nəticələrə baxdıqdan sonra dedi ki, çox pis...”- Ay Fen qeyd edib.

Çinli həkim əlavə edib ki, həmin gün işdən evə qayıtdıqdan sonra gecə xəstəxana rəhbərliyindən bir neçə təhdid dolu xəbərdarlıq zəngləri oldu. Xəbərdarlıq edildi ki, yeni xəstəlik barədə heç kimə bir kəlmə də deməsin. “Mən bütün gecəni yata bilmədim və baş verənlər barədə düşündüm”- Ay Fen vurğulayıb.

Onun sözlərinə görə, səhəri gün işə gəldikdən sonra xəstəxananın nizam-intizam komissiyasına çağırıblar: “Mənə və daha digər 8 həkim həmkarıma şiddətli töhmət verildi. Cəzalandırılmağımızın səbəb isə WeChat vasitəsi ilə yeni xəstəliyi digər xəstəxana həkimləri ilə müzakirə etməyimiz göstərilib. Bütün məsuliyyəti üzərimə götürməyimə baxmayraq, nəticəsi olmadı. Nəticədə 8 həkim həmkarım da cəzalandırıldı”.
Ay Fen bundan sonra rəhbərliklə görüşərək tutduğu vəzifədən azad edilməsini istəsə də, rəhbərlikdən yox cavabı alır: “Bundan sonra daha çox qorxdum. Axşam evə döndükdən sonra həyat yoldaşıma bildirdim ki, əgər başıma bir iş gələrsə, uşaqların tərbiyəsi ilə məşğul olasan”.

Bundan sonra həkim koronavirus haqqında hətta yaxınlarına bir kəlmə deyə biməsə də, onlara maska taxıb,insanların çox olduğu yerdə, küçədə qələbəlik yerlərdə gəzməməyi tövsiyyə edir.

Vəziyyət getdikcə daha da ağırlaşır. Çin hökuməti məcburiyyət qarşısında yeni virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırır.

Ay Fen bildirib ki, həkimlər baş verən hadisələrədən narahat olsa da, real təhlükədən qorunmaq üçün əlləridnən bir şey gəlmirdi. “Rəhbərlik xəstəlik barədə həkimlərə konkret bir söz deyilmirdi. Məsələni bacardıqca gizlətməyə çalışırdılar. Virus barəsində ancaq həkimləröz aralarında gizli söhbət edər və bir-birini xəbərdar edirdi. Hətta həkimlərə bu barədə SMS və ya messencerlə yazmaq qadağan olunmuşdu. Bu azmış kimi həkim və tibb bacılarına qoruyucu maska taxmaq qadağan olunub. Bu yolla panika yaratmamağa çalışırdılar”.

Ay Fen deyir ki, vəziyyət günbə-gün, saatbasaat pisləşməyə doğru gedirdi. Xəstələrin sayı getdikcə artırdı. Hətta vəziyyət o həddə çatdı ki, tibb işçilərindən virusa yoluxan oldu.
Ancaq yanvarın 16-da Uhan tibb işçilərinin təcili toplantısında virusun nə qədər ciddi olduğu və tədbrilər görməsi gündəmə gətirilərək müzakirə olunur.

Yeni koronavirusla bağlı vəziyyət, ancaq 83 yaşlı akademik, 2003-cü ildə SARS koronavirusunu aşkar edən Çjun Nanşan Uhana gəldikdən sonra dəyişir. 83 yaşlı epidemioloq Uhan şəhərinin bütövlükdə epidemiyaya yoluxduğunu və vəziyyətin nəzartədən çıxdığının şahidi olur.

Ancaq akdemikin yanvarın 19-da yeni növ koronavirus barədə jurnalistlərə açıqlama verəndən bu istiqamətdə vəziyyət ciddi dəyişir. Belə ki, ondan bir gün sonra - yanvarın 20-də Çin rəhbərliyi kornavirusla bağlı yaranan böhrana qarşı mübarizəni üzərinə götürərək ciddi mübarizəyə başlayır. Görülən tədbirlərə baxmayaraq xəstələrin sayı sürətlə artırdı.

Ay Fen deyir ki, xəstəxanalarda yer olmadığından, pasientləri dəhlizlərdə yerləşdirməli olurduq. Onun bildirdiyinə görə, hətta elə bir vəziyyət yaranıb ki, xəstələri qəbul etmək çətin olduğundan, onlar xəstəxana həyətində ölüblər.

Ay Fen jurnala müsahibəsində onu da etiraf edərək deyib ki, çox təəssüf, mən dekabrda rəhbərliyim tələbinə əməl edərək susdum: “Əgər bilsəydim vəziyyət bu həddə gələcək, onların töhmətlərinə tüpürərək xəstəlik barədə hər gördüyüm insana məlumat verərdim. Bu həyatım bahasına başa gəlsəydi belə...”

O deyib ki, vaxtında tədbir görülsəydi epidemiyanın qarşısını almaq mümkün idi.

Hazırladı: Mürtəza
Ölkə.Az

Mənbə: olke.az