İŞİD hərbçilərin konvoyunu partlatdı: ölənlər var

İŞİD hərbçilərin konvoyunu partlatdı: ölənlər var

İraqın Diyalə şəhərində İŞİD tərəfindən Həşdi-Şabi qüvvələrinə qarşı bombalı hücum edilib.

Axar.az xəbər verir ki, bunu Həşdi-Şabi qüvvələrinin komandiri Əbu Tair deyib.

O bildirib ki, bombalı hücum Diyalə şəhərinin İranla sərhəd ərazilərində İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı törədilib:

“İŞİD tərəfindən daha əvvəl yola yerləşdirilən bomba Həşdi-Şabi qüvvələrinə məxsus avtomobillərin keçidi zamanı partladılıb. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Bundan başqa, 2 hərbi avtomobilə ziyan dəyib”.

Mənbə: axar.az