Bakıda bıçaqlanma olub

Bakıda bıçaqlanma olub

 

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Qəribov Yaşar Ayəddin oğlu yaşadığı evin həyətində tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: apa.az