Bu ölkədə bombalı hücum: 6 dinc sakin öldü...

Bu ölkədə bombalı hücum: 6 dinc sakin öldü...

Əfqanıstanın Qəznə vilayətində bombalı hücum olub.

Axar.az xəbər verir ki, yol kənarına yerləşdirilən bomba mülki əhalini daşıyan avtomobilin keçidi zamanı partlayıb.

Nəticədə 6 dinc sakin ölüb, 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, hələlik heç bir silahlı qruplaşma hücumu öz üzərinə götürməyib.

Mənbə: axar.az