50 Cent videosunu çəkən pərəstişkarına stul çırpdı

50 Cent videosunu çəkən pərəstişkarına stul çırpdı

Amerikalı repçi 50 Cent restoranda dava salıb.

Axşam.az xəbər verir ki, Amerikanın Nyu-Cersi ştatında naməlum xanımla məkanın eyvanında yemək yeyən ulduzu pərəstişkarlarından biri videoya çəkməyə başlayıb.

Bunu görən repçi əsəbiləşib və ətrafda olan mebelləri həmin şəxsin üstünə atmağa başlayıb.

50 Cent-in atdığı stullardan biri isə yol kənarında dayanan “Lexus” markalı avtomobilə dəyib. Daha sonra ulduz həmin xanımla restoranı tərk edib.

Hadisə barədə isə polisə heç bir məlumat verilməyib.

Mənbə: axsam.az