Serbiyada iğtişaş törədən 71 nəfər saxlanıldı

Serbiyada iğtişaş törədən 71 nəfər saxlanıldı

Eastnews.org-un verdiyi xəbərə görə, Serbiyanın paytaxtı Belqrad şəhərində koronavirus qadağalarına etiraz olaraq aksiyalara start verilib.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, nümayişçilər hökumətin koronavirus tədbirlərini normal şəkildə apara bilmədiyini iddia ediblər.

Aksiyaya polisin sərt müdaxilə etdiyi və 71 nəfərin də saxlanıldığı açıqlanıb.

Saxlanılanlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumat yayıb.

Nazirlik saxlanılanların hər birinin iğtişaş törətdiklərini və buna görə cinayət məsuliyyətinə cəlb olunacaqlarını qeyd edib.

Mənbə: eastnews.org