Çində neft emalı zavodunda güclü yanğın baş verdi

Çində neft emalı zavodunda güclü yanğın baş verdi

Pekin, 12 iyul, AZƏRTAC

Çinin Fucien vilayətində neft emalı zavodunda baş verən güclü yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə iyulun 12-də yerli vaxtla saat 10:10-da Lonyan şəhərinin Tieşan qəsəbəsindəki baş verib. Özəl şirkətlərdən birinə məxsus zavodda baş verən yanğınla əlaqədar ətraf ərazidə yaşayan bütün sakinlər təcili təxliyə edilib. Yanğının söndürülməsinə vilayətin müxtəlif şəhərlərindən yüzlərlə yanğınsöndürən cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam edir. Yaralı vəziyyətdə tapılan iki nəfərdən birinin vəziyyəti ağırdır.

İlkin ehtimala əsasən, hadisə zavodun sexlərindən birində təmir işləri aparılarkən baş verib.

Mənbə: azertag.az