İranda pandemiya qurbanlarının sayı 13 minə yaxınlaşdı

İranda pandemiya qurbanlarının sayı 13 minə yaxınlaşdı

İranda son sutkada daha 194 nəfər koronavirusun qurbanı olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, ölkədə ölənlərin sayını 12 829-a yüksəldiyini bildirib.

Həmçinin də, son 24 saat ərzində 2 186 yoluxma halı qeydə alaraq, ümumi yoluxanların 252 720-yə çatdığını qeyd edib.

Mənbə: www.unikal.org