Avstraliya sahillərində gəmidəki konteynerlər itib

Avstraliya sahillərində gəmidəki konteynerlər itib

"Yang Ming" şirkətinə məxsus "Navios Unite" konteyner gəmisi küləkli hava şəraiti zamanı üç ədəd konteyneri itirib.

Milli.Az seanews.az-a istinadən bildirir ki, hadisə gəmi Frimantl limanından Adelaida limanına üzən zaman Qərbi Avstraliya sahillərində baş verib.

Hazırda hadisənin təfərrüatları araşdırılır və konteynerlərin axtarışına hazırlıq gedir.

Mənbə: news.milli.az