Tovuzlular orduya dəstək üçün sərhədə axışdı

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhəddə getməyə cəhd edib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən insanların qarşısını polis alıb.

Bununla yanaşı rayon sakinləri daima ordumuzun yanında olduqlarını, istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını ifadə ediblər.

Aparılan söhbətlərdən sonra insanlar ərazidən uzaqlaşdırılıb.

BAKU.WS

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Kaşıkçı cinayətinin əsas şübhəlisi vəliəhd şahzadədir - BMT rəsmisi

SONRAKI XƏBƏR

"Düşmənə ağır və sarsıdıcı zərbə endirilib" — Müdafiə nazirinin müavinindən EKSKLÜZİV AÇIQLAMA