Türkiyənin turistik adasında meşə yanğınları...

Türkiyənin turistik adasında meşə yanğınları...

Türkiyəyə məxsus Heybeliadada meşə yanğınları başlayıb.

Axar.az xəbər verir ki, adadan qalxan qatı tüstü qatı bir çox ərazidən, o cümlədən İstanbuldan da görünür.

Yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürüən cəlb edilib.

“Heybeliadadakı yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter, 6 yanğınsöndürən texnika və 40 canlı qüvvə göndərilib”, - deyə Kənd Təsərüfatı və Meşə naziri Bekir Pakdəmirli deyib.

Qeyd edək ki, sözügedən ada qardaş ölkənin turistik məkanlarından sayılır.

Mənbə: axar.az