Qərbi Azərbaycanda korona ilə bağlı son durum açıqlandı

Qərbi Azərbaycanda korona ilə bağlı son durum açıqlandı

İranın Qərbi Azərbaycan əyalətində son 24 saatda 143 nəfər koronavirusa yoluxub, 14 nəfər dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat yayıb.

O bildirib ki, əyalətdə koronavirus qurbanlarının ümumi sayı 571 nəfərə çatıb.

“İnfeksiyaya yoluxanlardan 180 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 54 nəfərinin vəziyyəti ağırdır”, - Ağazadə qeyd edib.

Mənbə: axar.az