ABŞ gəmisində partlayış: Yaralılar var

ABŞ gəmisində partlayış: Yaralılar var

ABŞ-ın təyyarədaşıyan gəmilərindən sayılan USS “Bonhomme Riçard”da partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış baş verən zaman gəmi San Dieqo limanında idi.

Məlumata görə, insident nəticəsində bir neçə hərbçi xəsarət alıb.

Bildirilib ki, limanda olması səbəbindən gəmidə hərbi heyət olmayıb və bu səbəbdən böyük fəlakətdan yan keçilib.

Mənbə: axar.az