Azərbaycanda narkotik aludəçisi bıçaqlandı

Azərbaycanda narkotik aludəçisi bıçaqlandı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
YPX.AZ xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.
İlkin məlumata görə, naməlum şəxs və ya şəxslər tərəfindən rayon sakini, 1966-ci il təvəllüdlü Atayev Vidadi Xeyrulla oğlu qarın boşluğundan bıçaqlanıb.
Xəstəxanaya yerləşdirilən yaralıya müvafiq tibbi yardım göstərilib. Hal-hazırda vəziyyəti ağırdır.
Məlumata görə, X. Atayev narkotik aludəçisidir.
Faktla bağlı araşdırma aparılır.
//Report

Mənbə: ypx.az