İki uşaq əylənmək üçün girdikləri su quyusunda boğuldu

İki uşaq əylənmək üçün girdikləri su quyusunda boğuldu

Yeddi yaşlı iki uşaq boğulub.

Sondakika.com-un xəbərinə görə, hadisə Türkiyənin İhsaniyə adlı bölgəsində baş verib.

Belə ki, sərinləmək üçün quyuya girən iki uşağın boğulduğunu görənlər onları quyudan çıxararaq, yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: paralel.az