Ötən gün dünya üzrə 214 mindən çox insan koronavirusa yoluxub

Ötən gün dünya üzrə 214 mindən çox insan koronavirusa yoluxub

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

“Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 13-də dünya üzrə koronavirusa daha 214 786 yoluxma halı aşkarlanıb, 5 015 nəfər isə həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 13 019 470 yoluxma və 570 919 ölüm faktı qeydə alınıb. Yoluxanların 7 571 866-sı sağalıb, müalicəsi davam edən 4 876 685 xəstədən 58 885-nin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da koronavirusa yoluxanların sayı 3 410 562 nəfərdir. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 864 681), Hindistan (879 466), Rusiya (727 162), Peru (326 326) və Çili (315 041) gəlir.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 137 761 nəfər.

REAL

 

Mənbə: www.realtv.az