Qısqanc ər arvadının maşınını yandırmaq istədi

Qısqanc ər arvadının maşınını yandırmaq istədi

 

Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərinin sakini olan qadın polisə müraciət edərək, ərinin onun maşınını yandırmağa cəhd etdiyini bildirib.

Oxu.Az vilayət polisinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, qadının sözlərinə görə, əri bu hərəkəti onu başqa kişiyə qısqandığı üçün edib.

Kişi maşının üstünə benzin töksə də, arvadının nəqliyyat vasitəsinə od vura bilməyib. Təsadüfən oradan keçən bir nəfər buna imkan verməyib.

Sonradan məlum olub ki, qısqanc ər əvvəllər də özgə əmlakına qəsdən zərər yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.

Mənbə: www.oxu.az