ABŞ-da böyük aviadaşıyıcıda güclü yanğın baş verib

ABŞ-da böyük aviadaşıyıcıda güclü yanğın baş verib

ABŞ-ın San-Dieqo şəhərində böyük hərbi aviadaşıyıcıda güclü yanğın baş verib...

ABŞ-ın San-Dieqo şəhərində böyük hərbi aviadaşıyıcıda güclü yanğın baş verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Sandieqo limanında lövbər alan “Bonhomme Riçard” aviadaşıyıcısında səbəbi hələ bilinməyən böyük yanğın baş verib.

 

Aviadaşıyıcının göyərtəsində azı 200 nəfərin olduğu və onların çoxunun zamanında təxliyə edildiyi bildirilib. 18 nəfərin müxtəlif dərəcələrdə xəsarət aldığı deyilir.

 

Məlumata görə hadisə əvvəl partlayışın baş verməsilə başlayıb. Yanğının hələ də davam etdiyi bildirilir.

 

Mənbə: www.interaztv.com