Qazaxıstanda daha 1646 nəfərdə koronavirus tapıldı

Qazaxıstanda daha 1646 nəfərdə koronavirus tapıldı

Qazaxıstanda son bir gündə 1 646 koronavirus infeksiyası aşkar edilib, ümumi infeksiyanın sayı 59 899-a çatıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə bazar ertəsi idarələrarası komissiya bəyan edib.

Daha əvvəl Səhiyyə Nazirliyi iyulun 12-də ölkədə koronavirusdan 375 ölüm hadisəsinin qeydə alındığını bildirmişdi. Sağalmış xəstələrin sayı 33,8 mindən çoxdur.

“1646 yeni koronavirus infeksiyası qeydə alınıb. Onlardan 689-u koronavirus daşıyıcı, 957-si simptomsuzdur”, – deyə komissiya Telegram kanalında bildirib.

Mənbə: konkret.az