Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi

Bakıda 6 yaşlı oğlanı küçədə it dişlədi

Bakı. Samir Əli - Trend:

Bakıda azyaşlını it dişləyib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2014-cü il təvəllüdlü K.Əliyev küçədə oynayarkən qəfil sahibsiz itin hücumuna məruz qalıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılaraq yardım olunub.

 

Mənbə: az.trend.az