Bakıda şirkətin anbarı qarət olundu

Bakıda şirkətin anbarı qarət olundu

Bakı. Samir Əli -Trend:

Bakıda anbar qarət edilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, A.Abbaszadə küçəsində baş verib.

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4200 manat dəyərində 20 min 500 ədəd künclük və 9 min 500 ədəd sıxıcı vasitə oğurlayıb.

Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri-1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə: az.trend.az