“Taliban” 6 polisi öldürdü, 7-si yaralandı

“Taliban” 6 polisi öldürdü, 7-si yaralandı

Əfqanıstanda "Taliban" hərəkatı üzvlərinin hücumu nəticəsində 6 polis həlak olub. Azvision.az xəbər verir ki, bu barədə 1TV News məlumat yayıb.

Bildirilir ki, Kunduz əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücum zamanı daha 7 polis əməkdaşı yaralanıb. Qarşı tərəf də itki verib.

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az